• Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

    www.socar.az

  • Azərbaycanda BP Azərbaycan hökuməti ilə bağlanmış bir neçə hasilatın pay bölgüsü sazişi və tranzit əraziyə malik ölkə hökuməti sazişi (TƏMÖHS) əsasında fəaliyyət göstərir. Gürcüstan və Türkiyədə o, ixrac boru kəmərləri və terminalları əhatə edən TƏMÖHS-lər əsasında fəaliyyət göstərir.BP Azərbaycanda bir sıra hüquqi şəxslərin qismində fəaliyyət göstərir və bu da onun 1992-ci ildə Bakıda ilk ofisini açmasından bəri ölkədə və regionda keçdiyi təkamülü əks etdirir.Əsas hüquqi şəxs “BP Exploration Caspian Sea Limited” şirkətidir.

    www.bp.com

  • Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (ARDDA) Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2001-ci il tarixli 697 saylı Sərəncamına əsasən yaradılmış və həmin tarixdən fəaliyyətə başlamışdır.

    ARDDA Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2006-cı il tarixli 395 saylı Fərmanı ilə təsdiqlənmiş Əsasnaməyə müvafiq olaraq, Azərbaycan Respublikası ərazisində dəniz nəqliyyatı sahəsində müəyyən edilmiş qaydada dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

    www.ardda.gov.az

  • "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. Öz fəaliyyətinin əvvəlində cəmi iki ağacdan düzəldilmiş körpüsü və azsaylı dokerləri olan Liman, keçən bir əsrdən artıq dövr ərzində daim inkişaf edərək Azərbaycanın əsas dəniz qapısına çevrilmiş və trans-Xəzər ticarətində mühüm rol oynayır. Liman bütün il ərzində fəaliyyət göstərir və Avropa ilə Asiya arasındakı ticarətə böyük təkan verən, TARİXİ İPƏK YOLUNUN BƏRPASI olan TRACECA layihəsində körpü rolunu oynayır. Aprel ayından noyabr ayınadək, Rusiyanın daxili su yollarında naviqasiya açıq olanda gəmilər Qərbi Avropa və Qara Dəniz limanlarından Bakı limanına birbaşa reyslər edə bilərlər.

    www.portofbaku.com

  • Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolundan ibarət olmuşdur.Həmin tarixi dövrdən başlayaraq Azərbaycan dəmir yolu yük daşınmasına olan tələbatın artdığını nəzərə olaraq inkişaf etmiş və təkmilləşmişdir.

    Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur.  Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.

    www.ady.az

  • "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

    www.acsc.az

  • Gürcüstan Dəmir Yolu Avropanı Mərkəzi Asiya ilə birləşdirən Avro – Asiya Nəqliyyat Dəhlizinin mühüm hissəsidir. İki qitə arasındakı dəmiryolu əlaqəsi anlayışının tarixi 1830-cu illərə gedib çıxır. Qara Dəniz və Xəzər Dənizi dəmir yolu magistrallarının tikintisinə 1865-ci ildə başlanılmışdır. 1871-ci ildə Poti – Qvirila (hazırki Zestafoni) hissəsində dəmir yolu istismara verilmişdir. 10 Oktyabr, 1872-ci il tarixində ilk sərnişin qatarı Potidən Tbilisiyə çatmışdır. Bu tarix Gürcüstan Dəmir Yolunun yarandığı gün kimi qeyd olunur.

    www.railway.ge