Haqqımızda

“Azertrans Ltd” MMC

“Azpetrol Neft Şirkəti” tərəfindən 2001-ci ildə yaradılmış “Azertrans Ltd” MMC Bakı şəhəri və Səngəçal qəsəbəsində yerləşən, ümumi illik məhsuldarlığı 25 000 000 ton olan iki neft terminalının sahibidir. Şirkətin hazırkı nəql həcmi əsasən Türkmənistan, Qazaxıstan və Rusiyanın Xəzər dənizi limanlarından tankerlərlə daşınan tranzit neft və neft məhsullarından ibarətdir. Şirkətin əsas müştəriləri sırasında “SOCAR Trading”, “BP”, “ExxonMobil”, “Tengizchevroil” və digərlərini göstərmək olar.

 

Caspian PipeCoatings (EUPEC Аzərbaycan)

“Azertrans Ltd” MMC ilə ARDNŞ arasında birgə müəssisədir. Birgə müəssisə Xəzər regionunda beynəlxalq standartlara cavab verən borular üçün mühafizə örtüyü istehsal edərək, bir sıra müəssisələrlə yanaşı AÇG və Şahdəniz layihələri üzrə də xidmət göstərmişdir.